“İbtidai təhsil dövlət dilində olsun” – Murad Arif
    • 9-12-2022, 12:12
    • 419

“İbtidai təhsil dövlət dilində olsun” – Murad Arif

“Ölkədə ibtidai təhsil, ilk 3 sinif məcburi olaraq dövlət dilində olsa, necə olar? Bütün uşaqlar təhsilə Azərbaycan dilində başlasın”.

News24.az xəbər verir ki, bu sözləri müğənni Murad Arif sosial şəbəkədə yazıb: 

“3-cü sinifdən sonra, valideynlər (rus, ingilis, çin, ispan dillərində) sektor seçə bilər. Amma əlifbanı, ilk sözlərin yazılışını, ilk şerləri, hekayələri uşaqlar dövlət dilində mənimsəsin.

Şəxsi təcrübəmdən deyirəm, 6-ya qədər bir, 6-cı sinifdən sonra başqa sektorlarda oxumuşam”. 

Könül İbrahim