Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
    • 17-04-2024, 23:10
    • 345

Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi

Rusiyanın paytaxtı Moskvada12 yaşlı məktəbli anasına bıçaqla hücum edib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, oğlan anasının onu ev tapşırığını etməyə məcbur etdiyinə əsəbiləşib.

5-ci sinif şagirdi ev tapşırığını etmək istəməyib və bütün həftəsonu istirahət edib. Bazar günü axşam saatlarında ana oğlunu dərsə başlamağa məcbur etməyə çalışsa da, bu, tələbəni hiddətləndirib. Oğul mətbəx bıçağını götürərək qışqırmağa və qadını hədələməyə başlayıb ki, əgər ondan əl çəkməsə, əvvəlcə onu, sonra isə özünü öldürəcək.

Qorxuya düşən ana təcili yardım və polis çağırıb. Əsəbi olan şagird psixiatriya xəstəxanasına müayinə üçün göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.