Bakıda cinayət törədən müəllimədən YENİ XƏBƏR
    • 1-05-2019, 15:46
    • 1 137

Bakıda cinayət törədən müəllimədən YENİ XƏBƏR

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməlinə görə məhkum edilmiş 135 saylı məktəbin keçmiş müəlliməsi İbrahimova Sevinc Həsən qızı Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2-ci, yəni, təkrar dələduzluq əməli törətmə maddəsi ilə təqsirli bilinən və barəsində 7 il
müddətinə şərti cəza verilmiş Sevinc İbrahimovanın tələbi apelyasiya instansiyasında təmin edilməyəndən sonra o, kassasiya şikayəti verib. Dəymiş ziyanı ödədiyini, əməlində cinayət tərkibinin olmadığını bildirən S.İbrahimova işə yenidən baxılmasını və ona bəraət verilməsini xahiş edib. İşə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror İbrahimovaya 8 il həbs cəzası tələb etsə də, məhkəmə ona 7 il müddətinə şərti cəza vermişdi. İş üzrə Nüşabə və Günel Əşrəfovalar zərərçəkən qismində tanınıb.