-
- 6-01-2020, 14:06
- 1 162
Bakıda 2 nəfərə 200 min manat atdı – BƏRAƏT ALDI
Bakıda dələduzluq etdiyinə görə məhkum edilmiş, lakin apelyasiya instansiyasında bəraət almış şəxs barəsində Ali Məhkəməyə müraciət edilib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni, dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham edilərək təqsirli bilinmiş Babayev Elxan Nuhu oğlu barəsindəki işə Ali Məhkəmədə yenidən baxılacaq. Məhkəmə prosesi hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, 2017-ci ildə Elxan Bayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. E.Babayev məhkəmə zalında həbs edilib. Bu ilin dekabr ayında isə Bakı Apelyasiya Məhkəməsində onun barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, zərərçəkmiş tərəf apelyasiya qərarı ilə razılaşmayıb.
İttiham aktına əsasən, E.Babayev Bakıda Cəfərov soyadlı 2 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.