Zelenskiyə sui-qəsd hazırlığının qarşısı alındı
    • 18-04-2024, 22:48
    • 168

Zelenskiyə sui-qəsd hazırlığının qarşısı alındı


Polşada Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə prezident Vladimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

“Vladimir Zelenskiyə sui-qəsd cəhdinə dair təklif irəli sürən agent ifşa olunub”, - məlumatda deyilir.

Ukrayna Təhlükəsizlik Xidməti-nin məlumatına görə, onun planı Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, Rusiyaya ötürmək olub. Bildirilib ki, güya burada Ukrayna liderinin ölkəyə səfəri zamanı ona sui-qəsd planı cızılıb.