Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alındı - Fotolar
    • 22-03-2022, 08:48
    • 776

Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alındı - Fotolar

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

News24.az  UNIAN-a istinadən xəbər verir ki, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.

Məlumata görə, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb və onlar silah, nəqliyyat vasitələri ilə təchiz ediliblər. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.