-
- 1-05-2019, 17:22
- 2 027
Zelenski: "Müsəlmanlardan üzr istəyirəm" - VİDEO
Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski müsəlmanlardan üzr istəyib.
News24.az-ın URA.ru-ya istinadla verdiyi xəbərə görə, Ukrayna prezidentinin üzrünün səbəbi Çeçenistan rəhbəri Ramzan Kadırovla bağlı görüntülərdən istifadə etməsidir.
Daha dəqiq desək, proqramların birində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun duadan sonra 2004-cü ildə terror hadisəsində öldürülən atası üçün ağladığını əks etdirən kadrlar yayımlanıb. Zelenskinin yumoristik proqramında isə bu kadrlar montaj edilərək Çeçenistan rəhbərinin aşırılan Lenin heykəli üçün ağladığı göstərilib.
Zelenski deyib ki, o, həmin videoçarxdan xəbərsiz olub: “ Bu görüntüləri digər redaktor qrupu hazırlayıb. Mən bundan xəbərsiz olmuşam. Mənə zəng olundu və bu video barədə nə düşündüyümü soruşdular. Mən bildirdim ki, çarxın məğzi barədə məlumatsızam. Mən yenidən baxaram".
Daha sonra Zelenski bu görüntülərin yayılmasına görə üzr istəyib: “Din ağrılı mövzudur. Digər bir dinin həssas nöqtəsinə toxunmaq yaxşı deyil. Müsəlman dünyası qarşısında mən öz uşaqlarımızın adından üzr istəyirəm”.
Çeçen liderin mətbuat katibi Alvi Kərimov isə Ukrayna prezidentinin üzr istəməsi haqda bunları deyib: “Ramzan Axmatoviç bu məsələni izləmir. Əgər Zelenski buna görə üzr istəyibsə, bu, çox normal haldır”.