“Qarabağa sülh gətirdik və çıxdıq” – Rusiyadan mesaj
    • 19-04-2024, 12:35
    • 165

“Qarabağa sülh gətirdik və çıxdıq” – Rusiyadan mesaj


Rusiya sülhməramlı qoşunlarının Azərbaycanın Qarabağ iqtisadi rayonundakı missiyası qarşıya qoyulan məqsədə nail olub və məntiqi sonluğa çatıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Krasnaya Zvezda” qəzeti yazır.

Nəşr bildirir ki, hazırda Rusiyanın Qarabağ iqtisadi rayonunda sülhməramlı missiyasının dayandırılması üçün obyektiv şərait yaradılıb.

“Rusiya sülhməramlı kontingentinin fəaliyyəti vaxtilə münaqişəli olan regiona sülh və sabitlik gətirdi və davamlı fəaliyyət öz məqsədlərinə və məntiqi sona çatdı”, - rus nəşri qeyd edir.