BMT-nin Malidə sülhməramlı missiyası başa çatıb
    • 1-01-2024, 21:15
    • 165

BMT-nin Malidə sülhməramlı missiyası başa çatıb


Yanvarın 1-dən BMT-nin Malidə sülhməramlı missiyası (MİNUSMA) rəsmən başa çatıb.

News24.az APA-ya istinadla bildirir ki, BMT Baş katibi Antoniu Qutteriş avadanlıqların Mali hakimiyyətinə təhvil verilməyə başlanılacağını bildirib.

Fəaliyyəti dövründə missiyanın 311 əməkdaşı həlak olub, 700-dən çox əməkdaş yaralanıb.

Qeyd edək ki, 2020-ci ildə Malidə çevriliş olub. 2023-cü ilin iyununda Mali xarici işlər naziri Abdulaye Diop BMT Təhlükəsizlik Şurasından Malidən BMT missiyasının çıxarılmasını tələb edib. XİN başçısı bildirib ki, MİNUSMA Malidə vəziyyəti daha təhlükəsiz etməyə nail olmayıb, fəaliyyəti ilə əhali arasında etimadsızlıq yaradıb. Bundan sonra BMT Təhlükəsizlik Şurası 2023-cü ilin sonuna qədər Malidə missiyanın dayandırılması barədə qərar qəbul edib.