Sülhməramlılar Qarabağda nə iş görürlər?
    • 7-01-2024, 16:30
    • 360

Sülhməramlılar Qarabağda nə iş görürlər?

Rusiya sülhməramlı kontingenti “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməkdə davam edir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.

Mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı ilə davamlı qarşılıqlı fəaliyyət davam etdirilir”, - deyə məlumatda bildirilir.