Müharibə ilə bağlı DƏHŞƏTLİ PROQNOZ: 2024-cü ilin sonlarına qədər... - TƏCİLİ
    • 19-04-2024, 14:00
    • 386

Müharibə ilə bağlı DƏHŞƏTLİ PROQNOZ: 2024-cü ilin sonlarına qədər... - TƏCİLİ

Əgər siz indi Ukraynaya yardımı təsdiq etməsəniz, Kiyev ilin sonuna qədər müharibəni uduzacaq.

News24.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns qanunvericilərə xəbərdarlıq edib:

Burns ABŞ Senatını Ukraynanın müharibə səylərinə milyardlarla vəsait ayıracaq əlavəni qəbul etməyə çağırıb:

image (22).jpg (38 KB)

“Həm praktiki, həm də psixoloji olaraq hərbi yardımdan gələcək təkanla ukraynalılar 2024-cü ilin sonlarına qədər öz mövqelərini saxlamağa və Putinin zamanın onun tərəfində olduğuna dair təkəbbürlü fikirlərini alt-üst etməyə qadirdirlər”.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, qanun layihəsi Konqresdən keçməsə, "mənzərə daha dəhşətli olacaq":

“Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanında uduzması ilə bağlı çox real risk var”.

"Politico" yazır ki, bu, bəlkə də, yüksək səviyyəli bir administrasiya rəsmisinin müharibə ilə bağlı ən güclü xəbərdarlığıdır.

Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya çox gözlənilən xarici yardım paketini təqdim edib. Prezident Co Bayden Consonun açıqladığı qanun layihələrini qətiyyətlə dəstəklədiyini bildirib.