“Hər şey Putinin səhhətindən asılı olacaq”
    • 25-06-2022, 13:18
    • 320

“Hər şey Putinin səhhətindən asılı olacaq”

“Putin başa düşür ki, Ukraynada başlatdığı müharibə istədiyi kimi 2 həftədən sonra başa çatmayacaq. O, bizim də başa düşdüyümüz kimi anlayır ki, bu, çöküş müharibəsi olacaq”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sədri Vadim Skibiçkiy “RBK-Ukrayna”ya müsahibəsində deyib. 

“Putinin planı addımbaaddım bizim ərazilərimizi ələ keçirmək və sonra onlarla nə isə etməkdir”, - deyə Skibiçkiy söyləyib. 

Onun sözlərinə görə, yaxın zamanlarda Rusiya nə dövlət çevrilişi, nə də Putinin mövqeyində dəyişiklik baş verəcək: “Bu, ən azından cari ilin sonuna qədər belə olacaq. Hər şey Putinin səhhəti ilə bağlı vəziyyətdən asılı olacaq. Burada da söhbət 2-3 ildən gedir. Vaxt Rusiyanın xeyrinədir və onlar bunu başa düşürlər”. /Qafqazinfo/