İlham Əliyev Moskvada Putinlə, Berlində Şoltsla görüşəcək
    • 19-04-2024, 17:36
    • 218

İlham Əliyev Moskvada Putinlə, Berlində Şoltsla görüşəcək

Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar. Danışqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərini nəzərdən keçirmək, habelə aktual regional məsələlər barədə ətraflı fikir mübadiləsi aparmaq planlaşdırılır.

Azərbaycan Prezidenti aprelin 26-da isə Berlində Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparacaq. Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Steffen Hebenstreit bildirib.

"İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji məsələləri müzakirə olunacaq", deyə o qeyd edib.