Qaçay Şahməmmədov dünyasını dəyişdi
    • 19-04-2024, 22:00
    • 454

Qaçay Şahməmmədov dünyasını dəyişdi

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

News24.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkdə təqsirli bilinərək həbs olunub.

Həyat yoldaşı ilə istirahətə gedən Q.Şahməmmədov oradan qayıtdıqdan sonra onu 22 bıçaq zərbəsi ilə qətlə yetirib.