Goranboyda ağır qəza - Xəsarət alanlar var - Yeniləndi
Hadisə
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, rayon ərazisində yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(APA)
****
"Aprelin 1-də saat 12:15 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, ona dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilib.
"Pasiyetntə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə qeyd edilib.