-
- 19-04-2024, 20:00
- 267
Amansızlıqla qətlə yetirilən İsə Hüseynovun atası DANIŞDI: Meyitini ermənilər...
Saraçlı (Mamxuti) kəndində amansızlıqla qətlə yetirilən İsə Hüseynovun atası Tofiq Hüseynov oğlunun qətli və hadisənin araşdırılması ilə bağlı açıqlama verib.
News24.az bildirir ki, bu barədə Tofiq Hüseynov InterPress.ge-yə danışıb.
Onun sözlərinə görə, oğlu Tofiq Hüseynov aprel ayının 7-si axşam saatlarında evə gəlməyib və polisə xəbər veriblər. Ayın 8-i axtarışlar davam edib, ancaq heç bir nəticə əldə edilməyib. 9-u səhər saatlarında oğlunun ölü tapıldığına dair məlumat alıblar.
Hüseynov hüquq-mühafizə orqanlarına müraciət edərək cinayətkarın/cinayətkarların tapılmasını tələb edir. O qeyd edib ki, oğlunun meyitinin ermənilərin yaşadığı Şaumiyani qəsəbəsinin meşəsinə atılması azərbaycanlı icması ilə erməni icması arasında qarşıdurma yaratmaq məqsədi də daşıya bilər.
Tofiq Hüseynov oğlunun sinəsindən 11 bıçaq yarası aldığını və boğazının kəsildiyini bildirir. O həmçinin oğlunun qapalı bir yerdə öldürülərək meşəyə atıldığını güman edir.
Qeyd edək ki, İsə Hüseynovun niyə qətlə yetirildiyinə dair rəsmi açıqlama verilməyib.