Şahin Abbasov və qardaşları Moskvaya aparıldı
    • 20-04-2024, 08:15
    • 554

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı


Moskvanın cənub-şərqində parkinq mübahisəsi zəminində qətl törətməkdə şübhəli bilinən Şahin Abbasov və onun iki qardaşı Moskvaya aparılıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"Şübhəlilər əməliyyatçıların müşayiəti ilə Moskvaya aparılıb", - deyə mənbə qeyd edib.

Yaxın vaxtlarda onlar dindirilmək üçün Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinə aparılacaq və onlara qarşı ittiham irəli sürüləcək.