-
- 23-03-2024, 23:10
- 720
Terrorda şübhəli bilinən şəxslər paytaxta gətirildi : 48 saat vaxt verilib ki...
Crocus City Hall"da terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan şəxslər istintaq hərəkətləri üçün Moskvaya gətirilib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Vedomosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla yazır.
Qeyd olunur ki, bütün zəruri əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün istintaqa 48 saat vaxt verilir, bundan sonra İstintaq Komitəsinin mərkəzi aparatı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edəcək.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciəti zamanı "Crocus City Hall"da terror aktını törədən dörd nəfərin hamısının tapılaraq saxlanıldığını təsdiqləyib. Dövlət başçısı terror aktında iştirak edənlərin hamısının ən ağır cəzanı alacağına əmin edib.