Moskvaya hücumu Ukrayna kəşfiyyatı təşkil edib?
    • 24-07-2023, 11:58
    • 311

Moskvaya hücumu Ukrayna kəşfiyyatı təşkil edib?

İyulun 24-nə keçən gecə iki pilotsuz təyyarənin Moskvaya hücumu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı olub. 

News24.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” nəşri Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, ötən gecə iki pilotsuz təyyarə Moskvaya hücum edib. Bir pilotsuz təyyarənin qalıqları Komsomolski prospektində, Rusiya Müdafiə Nazirliyinin binasının da yerləşdiyi 17 nömrəli evin yaxınlığında düşüb. İkinci dron Lixaçov prospektindəki biznes mərkəzinə düşüb. Binanın yuxarı iki mərtəbəsindəki şüşələr sınıb. Moskvanın Zelenoqrad inzibati rayonunda mərkəzi qəbiristanlığın ərazisinə pilotsuz təyyarənin düşməsi də qeyd edilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Kiyev rejimini” terror aktına cəhddə ittiham edib.

Akqabay