Cavanşir Məmmədovun ölümü ilə bağlı TƏBİB-dən açıqlama - VİDEO
    • 20-04-2024, 13:19
    • 1 167

Cavanşir Məmmədovun ölümü ilə bağlı TƏBİB-dən açıqlama - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 

News24.az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu facebook səhifəsində açıqlama yayıb.

“Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 

Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Ünvanda həkiməqədər ölüm qeydə alınıb”.