-
- Dünən, 14:22
- 110
QADINLARIN NƏZƏRİNƏ: Manikür zamanı bu xəstəliklərə yoluxa bilərsiniz
Xanımlar gözəllik üçün bir çox prosedurlar tətbiq edirlər. Bunlardan biri də dırnaq qaynağıdır.
Lakin bəzən dırnaqlarımıza etdirdiyimiz hər hansısa bir prosedur xəstəliyə, infeksiyaya yoluxmağımıza səbəb ola bilər.
Bəs infeksiyalara yoluxmamaq üçün nələrə diqqət yetirməliyik?
News24.az xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən dırnaq ustası Cəmilə Qaraxanova bildirib ki, ilk növbədə dırnaq ustasını düzgün seçməliyik, onun təmizliyinə, ləvazimatlarını sterilizə etdiyinə tam əmin olmalıyıq:
"Əgər ustanın ləvazimatları dezinfeksiya olunursa, bu zaman qorxu yoxdur, yox əgər dezinfeksiya olduğuna əmin deyilsizsə, bu, artıq qorxuludur. Çünki bəzi xəstəliklər- məsələn leykoz, qrip, qızılca, hepatit , QİÇS, hemofiliya, talassemiya kimi xəstəliklər qanla yoluxur".
Müsahibimiz bildirib ki, bəzən dırnaqlarda saralma, ağarma halları baş verir. Belə dırnaqlara qaynaq, yaxud gel etmək düzgün deyil, yenə də bu sahə üzrə biliyi olan bir dırnaq ustasının yanına getmək lazımdır ki, bunları bilsin:
"Ustanın səliqəsiz işləməsi, manikur zamanı dırnaq ətinin zədələnməsi və s. kimi proseslər də infeksiyaya səbəb ola bilər. Bəzən uğursuz dırnaq prosedurundan dırnaq dibləri şişə və dırnaq düşə bilər".