-
- 20-04-2024, 19:52
- 737
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib?
Moskva vilayətində azərbaycanlı iş adamı Nazim Əhmədovun qətlini onun Azərbaycanda qalan qeyri-rəsmi həyat yoldaşı sifariş edə bilərdi.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Resurs qeyd edir ki, qətl “qadın qisası zəminində” törədilə bilər.
Qeyd olunur ki, Əhmədovun rəsmi həyat yoldaşı, 61 yaşlı Ofelya mağazaya gələn zaman əri ilə birlikdə avtomobildə olub. Onu da öldürməyə cəhd ediblər.
Açıq mənbələrə görə, qurbanın oğlu ərzaq mağazasına rəhbərlik edib.
Qatilin qaçdığı avtomobil kameralar vasitəsilə izlənilib. İndi onu axtarırlar. Moskva vilayətinin prokurorluğu hər şeyə nəzarət edir.