Ərsin Tatar Azərbaycana gələcək
    • 21-04-2024, 21:08
    • 146

Ərsin Tatar Azərbaycana gələcək


Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə o, Şimali Kipr Taekvondo, Karate, Cüdo, Aykido Federasiyasının 47-ci quruluş ildönümü münasibəti ilə təşkil olunan tədbirdə çıxış edərkən bildirib.

Tədbirdə iştirak edən azərbaycanlı qonaqları da salamlayan Ərsin Tatar, idman sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb.

ŞKTC Prezidenti Azərbaycana səfərinin əhəmiyyətindən də danışıb.