Ersin Tatar Azərbaycana gəlir
    • 12-10-2023, 12:38
    • 144

Ersin Tatar Azərbaycana gəlir

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu gün Azərbaycana səfərə gəlir.

News24.az xəbər verir ki, onun günorta saatlarında Bakıda olacağı gözlənilir.

E.Tatarın Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir. O, eyni zamanda, Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Xatırladaq ki, oktyabrın 13-14-də Bakıda Şimali Kiprin Mədəniyyət Günləri keçiriləcək.