"Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" forumu keçiriləcək
    • 2-05-2019, 11:36
    • 1 066

"Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" forumu keçiriləcək

Bu gün mərkəzi Almaniyada yerləşən Dünya Azərbaycanlıları Assambleyası və mərkəzi İsveçdə yerləşən Dünya Azərbaycanlıları Milli Birliyi Təşkilatı
"Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" forumunun keçirilməsinə qərar verilib. Forumun keçirilməsi ilə bağlı qərar hər iki təşkilatın idarə heyətində müzakirə edilib və bu fikir dəstəklənib. 

News24.az-ın məlumatına görə, forumun keçiriləcək yerlər arasında müzakirə olunan ölkələr Avstriya, Almaniya, İsveçrə və Belçikadır. Bununla yanaşı təkliflər arasında digərölkələr də var. Bugünlərdə yayınlanacaq geniş açıqlama yer və tarixlə bağlı geniş məlumat veriləcək. 

Forumda müzakirə olunacaq məsələ dünyaya səpələnmiş soydaşlarımızın vahid qurum ətrafında təşkilatlandırılması, Azərbaycanın işğala və təcavüzə məruz qalması ilə bağlı beynəlxalq qurumları məlumatlandırmaq, bir çox ölkələrin təşkilat təmsilçiləri ilə münasibət quraraq dünyada sülhün təbliği istiqamətində iş aparmaq əsas mövzular sırasındadır. 

Forumda 30-a yaxın ölkədən 200-ə yaxın nümayəndə heyyətinin qatılacağı gözlənilir.