Bu gün Xalq artistinin qızının toyudur
    • 22-04-2024, 10:38
    • 224

Bu gün Xalq artistinin qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. 

News24.az xəbər verir ki, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. 

Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək.

Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvəl nikah masasına əyləşiblər.