-
- 22-04-2024, 19:35
- 201
Əvvəl öldürdü, sonra yandırdı
Şanlıurfada meyiti yanan konteynerdə tapılan şəxsin öldürüldüyü məlum olub.
News24.az xəbər verir ki, hadisə aprelin 19-da baş verib.
Şakir Topçunun bağçasında konteyner və avtomobildə yanğın baş verir.
Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Topçunun cəsədi Ədliyyə Tibb Təşkilatına aparılıb.
Qeyd edək ki, yarılmada Şakir Topçunun bədəninə çoxlu güllə dəydiyi müəyyən edilib. Jandarma yanğında zədələnmiş avtomobilə baxış keçirən zaman boş patronlar aşkar edilib.
Polislər marşrutda olan təhlükəsizlik kameralarına baxış keçirib və hadisə baş verən gün Şakir Topçunun avtomobilində başqa şəxsin də olduğunu müəyyən ediblər.
Həmin şəxsin Topçunun dostu Adem Güzey olduğunu müəyyən edib. Güzey yaşadığı ünvanda keçirilən əməliyyat zamanı saxlanılıb.
Onu da bildirək ki, Güzey jandarmda dindirilərkən Şakir Topçunu öldürdüyünü etiraf edib.
Günel Məlikzadə