Masazırda 61 yaşlı kişinin meyiti tapıldı
    • 24-01-2023, 10:09
    • 206

Masazırda 61 yaşlı kişinin meyiti tapıldı

Abşeron rayonu Masazır qəsəbəsində səhər saatlarında meyit tapılıb.

News24.az xəbər verir ki, ilkin araşdırmadan sonra ölən şəxsin Ucar rayon sakini, 1961-ci il təvəllüdlü Şakir Ələsgərov olması müəyyən edilib. Meyit üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

Fakt üzrə araşdırma aparılır. 

Taleh BAĞIROV