Tanınmış jurnalist Şakir Yaqubov vəfat edib
    • 15-10-2022, 21:27
    • 229

Tanınmış jurnalist Şakir Yaqubov vəfat edib

Tanınmış idman yazarı Şakir Yaqubov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Şakir Yaqubov 71 yaşında dünyasını dəyişib.

O, 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.

Əməkdar jurnalist Şakir Yaqubovun vəfatı ilə əlaqədar Mətbuat Şurası başsağlığı verib.