Üç ayda 2 min 583 adam öldü
    • 22-04-2024, 22:15
    • 332

Üç ayda 2 min 583 adam öldü

Təhlükəsizlik problemlərinin artdığı Nigeriyada ilin ilk rübündə 2583 nəfər hücum və zorakılıq nəticəsində həyatını itirib.

News24.az xəbər verir ki, Beacon Consulting tərəfindən dərc edilən hesabata görə, ölkənin müxtəlif yerlərində, əsasən də, çoban-fermer qarşıdurması, terrorçular və silahlı dəstə üzvlərinin hücumları baş verib. 

Hadisələrdə 2 min 583 adam həyatını itirib, 2 min 164 adam qaçırılıb.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır, yüksək məbləğdə fidyə tələb edirlər.

Günel Məlikzadə