Silahlı hücum: Ölən və yaralananlar var
    • 27-07-2023, 10:09
    • 164

Silahlı hücum: Ölən və yaralananlar var

Nigeriyanın Bauçi əyalətində silahlı hücum nəticəsində 7 dinc sakin həlak olub.

News.az ölkənin yerli mediasına istinadən xəbər verir ki, hücumu şəxsiyyəti məlum olmayan silahlı şəxslər həyata keçiriblər.

Hücum nəticəsində çox sayda yaralının olduğu bildirilib.

Xatırladaq ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram, ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib.

Nərmin Murad