Polşa: Nüvə silahı yerləşdirməyə hazırıq
    • 22-04-2024, 22:45
    • 158

Polşa: Nüvə silahı yerləşdirməyə hazırıq

Polşa prezidenti Anjey Duda Polşada çıxan “Fakt” qəzetinə müsahibəsində ölkədə nüvə silahının yerləşdirilməsi imkanlarını dəyərləndirib.

News24.az xəbər verir ki, Duda qeyd edib ki, Rusiya “ölkənin uzaq qərbində yerləşən Kalininqrad vilayətini daha da hərbiləşdirib və bu yaxınlarda nüvə silahlarını Belarusa köçürüb”.

Polşa ilə ABŞ arasında nüvə silahlarının bölüşdürülməsinin "bir müddətdir" müzakirə edildiyini ifadə edən Duda, "Müttəfiqlərimiz NATO-nun şərq cinahını gücləndirmək üçün torpağımızda nüvə silahı yerləşdirməyə qərar versələr, buna hazırıq" dedi. 

Günel Məlikzadə