Məktəbdə 9 nəfəri öldürən şagirdin müəllimi danışdı

Məktəbdə 9 nəfəri öldürən şagirdin müəllimi danışdı Dünya

Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbdə 9 nəfəri öldürən 14 yaşlı İsa Aras Mersinlinin müəllimi onun məktəbdəki davranışlarından danışıb.

News24.az xəbər verir ki, müəllim yeniyetmənin dərs zamanı saatlarla dəftərinə qaralamalar etdiyini, öz dünyasına qapıldığını bildirib:

“Əslində sinfə davamlı gələn uşaq idi, amma dərsdə çox fərqli davranırdı. Digər uşaqlar dərsi dinləyərkən o qulaq asmazdı. Bunu tələb edəndə də iradlara əhəmiyyət vermirdii. Başını partaya qoyub yatardı. Bəzən də qarşısındakı dəftərdə saatlarla nəsə qaralayardı. Tənəffüslərdə tək gəzərdi, heç kimlə ünsiyyət qurmazdı. Onu heç vaxt parkda və ya həyətdə digər uşaqlarla birlikdə görməmişəm. Dava etdiyinin də şahidi olmamışam. Nizam-intizamla bağlı ciddi problemi olmayıb. Müəllimlərə və ya dostlarına qarşı aqressiyası yox idi. Necə izah edim bilmirəm, bunlara rəğmən, fərqli, qəribə biri idi. Özünə qapanan şagird idi”, - deyə o bildirib. /Haber Global/