Bu yollarda.... - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
    • 2-05-2019, 12:18
    • 865

Bu yollarda.... - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Qala Pirallahı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

AAYDA-nın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bundan başqa Nobel prospektində üfiqi nişanlanma xətləri yenidən rənglənir. 

Gecə saatlarında isə Heydər Əliyev prospektinin şəhər istiqamərtində olan hissəsində də üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək. 

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.