-
- 22-04-2024, 21:53
- 353
Yeni pandemiyaya bu virus SƏBƏB OLACAQ
Yoluxucu xəstəliklər üzrə mütəxəssislər növbəti pandemiyaya qrip virusunun səbəb olacağını düşünürlər.
News24.az Sfera.az-a istinadla xəbər verir ki, 57 ölkədən 187 iştirakçı ilə aparılan sorğuda hansı patogenin növbəti pandemiyaya səbəb olacağı sualına mütəxəssislərin 57 faizi qripi ilk olaraq göstərib.
"Səyahət Təbabəti və Yoluxucu Xəstəliklər" jurnalında dərc edilən araşdırmanın müəllifi doktor Con Salmanton Qarsia deyib ki, virusun daim inkişaf etdiyini və təkamül etdiyini göstərən araşdırmalara görə belə bir gözlənti var.
Digər tərəfdən, o, COVID-19 pandemiyası sayəsində dünyanın bu tip problemə qarşı indi daha hazırlıqlı olduğunu bildirib: "Biz COVID-19 pandemiyasında tənəffüslə keçən yoluxucu virus pandemiyasına necə yanaşmaq barədə çox şey öyrəndik.Bunlara sosial məsafə, əl sanitariyası, üz maskaları, yeni peyvəndlər daxildir.Paralel olaraq qurumlar da çox şey öyrəndi. Həyati hazırlıq və müşahidə fəaliyyətləri indi daha yaxşı maliyyələşdirilir".
Tədqiqatın təfərrüatları aprelin 27-30-da Barselonada keçiriləcək Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin (ESCMID) iclasında izah ediləcək.