Taksi sürücüsü meşədə ölü tapıldı
    • 23-04-2024, 09:10
    • 674

Taksi sürücüsü meşədə ölü tapıldı

Taksi sürücüsü Kastamonun Araba rayonunda meşədə ölü tapılıb.

News24.az xəbər verir ki, taksi sürücüsü Akif Eymürdən  xəbər ala bilməyən yaxınları vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Aparılan axtarışlar zamanı Eymürün istifadə etdiyi taksi Toygaören kəndinin meşə sahəsində tapılıb. Taksidən təxminən 500 metr aralıda Eymür güllə yarası ilə ölü tapılıb.

Qeyd edək ki, polislər apardıqları araşdırma zamanı hadisəni M.B-nin törətdiyini müəyyən ediblər. O, tutularaq saxlanılıb.

Günel Məlikzadə