Təqaüdçülər üçün gediş haqları 70 faiz endirildi – 6 ay müddətinə
    • 23-04-2024, 12:57
    • 438

Təqaüdçülər üçün gediş haqları 70 faiz endirildi – 6 ay müddətinə

Rusiyanın Çelyabinsk vilayətində təqaüdçülər üçün güzəştlər müəyyən edilib.

News24.az xəbər verir ki, şəhərətrafı qatarlardan istifadə edən pensiyaçılara 70% endirim edilib.

“Təqaüdçü bağbanlar üçün yaxşı xəbər. Mayın 1-dən oktyabrın 15-dək onlar Çelyabinsk vilayətində şəhərətrafı qatarlarda səyahətə 70% endirimdən yararlana bilərlər”, – deyə idarənin mətbuat xidməti məlumat yayıb.

Şöbə əlavə edib ki, güzəşt bağçılıq şəriklərinin üzvü olan və ya öz torpaq sahəsində bağçılıqla məşğul olan pensiyaçılara regional qanun əsasında verilir.

Qeyd edək ki, Çelyabinsk sakinləri 19 saylı marşrut xəttini Leninski rayonundakı bağlara qədər uzatmağı tələb ediblər.