Binadan valideynlərinə baxan uşaq yıxılıb öldü
    • 5-04-2024, 12:00
    • 162

Binadan valideynlərinə baxan uşaq yıxılıb öldü

Rusiyanın Çelyabinsk vilayətində binanın həyətində uşaq meyiti tapılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Korolenko küçəsində baş verib. Mənzildə yeddi yaşlı qız nənəsi ilə birgə olub, lakin hadisə zamanı o, başqa otağa keçib.

Ailənin kiçik üzvü valideynlərinin evə gəlib-gəlmədiyini öyrənmək üçün pəncərədən baxıb. Qız pəncərənin üstündə dayanıb, yeddinci mərtəbənin pəncərəsini açıb və yıxılıb.

Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər.