İsrail Livanda Hizbullah üzvlərini öldürdü
    • 23-04-2024, 16:04
    • 139

İsrail Livanda Hizbullah üzvlərini öldürdü

İsrail ordusu Livanın cənubunda iki Hizbullah üzvünü öldürdüyünü açıqlayıb.

News24.az xəbər verir ki, Hizbullah hərəkatı da Hüseyn Əzkul adlı üzvlərindən birinin ölümünü təsdiqləyib.

Hizbullaha yaxın iki təhlükəsizlik mənbəsi Azkulun “təşkilatın hava hücumundan müdafiə bölmələrində mühəndis kimi xidmət etdiyini və sahə əməliyyatlarında fəal olduğunu” bildirib.

Mənbələr İsrailin pilotsuz uçuş aparatları ilə Hizbullah üzvlərinin evlərini yaxından izlədiyini və onlara hücum etdiyini bildirib.

İsrail ordusu Azkulun ölümünün Hizbullahın hava bölməsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini irəli sürüb.

Bildirilib ki, İsrailin həyata keçirdiyi növbəti hücumda Hizbullahın elit bölməsi Radvan Qüvvələrinin üzvü öldürülüb.

Qeyd edək ki, bu gün İsrailin şimalında hava hücumu sirenləri səslənib və ordu "şübhəli hava hədəfini" ələ keçirdiyini açıqlayıb.

Günel Məlikzadə