-
- 23-04-2024, 17:06
- 325
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
Xəbər verdiyimiz kimi, ötən həftəsonu aparıcı İlqar Mikayıloğlu vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülərini sosial şəbəkə hesabında yayımlayb.
News24.az bizim.media-ya istinadən bildirir ki, Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində Zülfiyyənin əməliyyat olunduğunu bildirib.
"Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb və buna görə əməliyyat olunub", - deyə Elgiz vurğulayıb.
Z.Bayramova isə səhhəti ilə bağlı "Hər şey qaydasındadır. Polip var idi, əməliyyatla götürüldü" açıqlamasını verib.
Qeyd edək ki, Z.Bayramova uzun müddətdir xərçəngdən əziyyət çəkir.