Əməkdar artistin sağlıq vəziyyəti açıqlandı
    • 23-04-2024, 18:21
    • 192

Əməkdar artistin sağlıq vəziyyəti açıqlandı

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov dünən özəl tibb müəssisəsindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.

News24.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona zəruri tibbi xidmət göstərilib.

"Xəstə ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.