Mingəçevirdə hepatitə yoluxan uşaqların SON VƏZİYYƏTİ
    • 17-11-2023, 12:11
    • 183

Mingəçevirdə hepatitə yoluxan uşaqların SON VƏZİYYƏTİ

6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

News24.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.

Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.