-
- 23-04-2024, 22:23
- 324
Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi
Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.
News24.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası Abbas Abdullayev deyib.
“Allah Ordumuzu, Ali Baş Komandanımızı qorusun. Bizə bu günü yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mənim uzun illər arzum, diləyim vardı ki, uşağıma Ali Baş Komandanımızın adını qoyum.
Mən istəyirəm, övladım onun kimi dövlətinə, millətinə, torpağına bağlı olsun və həmin addımlarla irəliləsin. Övladımın adını İlham qoyuram", - o qeyd edib.
Qeyd edək ki, işğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.