-
- 4-11-2020, 10:58
- 1 202
Xuraman Şuşalıdan yeni klip - "AZƏRBAYCAN"
Müğənni Xuraman Şuşalı mərhum şair Mirəli Vəkiloğlun sağlığında yazıb, ona hədiyyə etdiyi "Azərbaycan" şerinə mahnı bəstələyib, ifa edərək, klip çəkdirib.
News24.az xəbər verir ki, rejissoru Aydın Asədulla, montajı Elnur Ehtiramoğluya aid olan klipi təqdim edən əslən Qarabağlı - Şuşadan olan - Şuşalı adını özünə təxəllüs seçən müğənni QARABAĞ AZƏRBAYCANDIR!!! - deyən Ali Baş komandanın əsgəri olduğunu, 30 il əvvəl mərhum atası və mərhumə anası ilə bərabər Şuşada tərk etdiyi evinə dönəcəyi günü səbirsizliklə gözlədiyini deyir:
"Təəsüf ki valideynlərim vətən, torpaq həsrəti ilə bu dünyadan köçdü, İnşallah bizə doğma Şuşamıza dönmək nəsib olacaq. Qələbə xəbərini gözləyirəm. Bu sevinci bizə yaşadan Ali Baş komandanıma minnətdaram. Qarabağ uğrunda döyüşən müzəffər ordumla fəxr edirəm. Bizə zəfər gətirən Hərbiçilərimizə, əsgərlərimizə minnətdaram , Allah Azərbaycan ordusunu, Azərbaycan əsgərini, zabitlərini, Azərbaycan hərbiçilərini qorusun, Azərbaycanın Ali Baş komandanı Cənab İlham Əliyevi, Azərbaycan Xalqını, Azərbaycanı, Türk millətini, Qardaş Türk xalqını, Türkiyəni, Türk lideri Cənab Rəcəb Tayyib Ərdoğanı, bizə dost olan Pakistanı, bu yolda bizə dəstək olan bütün xalqları, bütün millətləri, bütün siyasətçiləri, bütün media nümayəndələrini qorusun, bütün Azərbaycan Qələbə sevincini gözləyir. Allah yaralı əsgərlərimizə rəhm eləsin, şəfa versin, hər biri tezliklə öz sağlıqlarına qovuşsunlar, Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə, ailələrinə, yaxınlarına səbr, güc versin. Baş əyirəm qeyrətli, igid, mərd şəhidlərimin qarşısında, onları böyüdən valideynlərə eşq olsun. Allah bizi el obamızdan ayrı salan, bizə min bir vəhşət yaşadan yağı düşmənimizi xar eləsin, necə ki edir".
Sevda Bayramova