Stress beyində “zaman” qavrayışını pozur
    • 14-03-2024, 13:43
    • 779

Stress beyində “zaman” qavrayışını pozur

Ankara Universitetinin alimləri “dopamin” və “stress” faktorlarının beynin “zaman” qavrayış proseslərində müəyyən dəyişikliklər yaratdığını aşkar ediblər.

Nəticələri beynəlxalq bir məqalədə açıqlanacaq araşdırma nəticələrinə görə, stress beynin zaman qavrayışı baxımından icra nəzarətini pozduğu halda, dopamin səviyyəsi yüksək olan fərdlər zamanı daha doğru qəbul edir.

News24.az xəbər verir ki, tədqiqatın zaman qavrayışı pozğunluqlarına səbəb olan depressiya, şizofreniya və Parkinson kimi xəstəliklərin sirlərini anlamaqda, diaqnoz və müalicələrini izləməkdə yeni üfüqlər açacağı gözlənilir.

Başqa sözlə, zaman qavrayış vəzifəsini yerinə yetirərkən stresslə qarşılaşsanız, beynin bəzi bölgələri fəaliyyətini itirir. Stress beynin zaman qavrayışı baxımından icra nəzarətini pozur. "Stress zamanı beyin istəmədən vaxtı yavaş hərəkətə keçirir və beləliklə, həyat qurtaran qərarlar qəbul etmək üçün vaxt pəncərəsini genişləndirir".

Günel Məlikzadə