-
- 24-04-2024, 16:42
- 280
Rusiya müdafiə nazirinin müavini həbs edildi
Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt Moskvanın Basmannı vilayət məhkəməsi rüşvət ittihamı ilə saxlanılan Rusiya müdafiə nazirinin müavini İvanovun ehtiyat tədbiri olaraq iyunun 23-dək həbsdə saxlanmasına qərar verib.
News24.az xəbər verir ki, İvanov Müdafiə Nazirliyinə tabe olan qurumların tikinti-təmir işləri ilə bağlı layihələrə rəhbərlik edib.
Qeyd edək ki, Nazir müavini İvanovun şəriki olduğu iddia edilən Sergey Borodinin də iyunun 23-dək həbsi barədə qərar qəbul edilib.
Günel Məlikzadə