Şoyqunun müavini işdən çıxarıldı
    • 24-09-2022, 14:13
    • 418

Şoyqunun müavini işdən çıxarıldı

Rusiya Federasiyası müdafiə nazirinin müavini Ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edilib.

News24.az "APA"-ya istinadən bildirir ki, nazir müavini başqa vəzifəyə keçirilib.

2008-ci il dekabrın 2-dən Rusiya Federasiyası Müdafiə nazirinin müavini olan Bulqakov silahlı qüvvələr üçün arxa xidmətin təminatına cavabdeh olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Mixail Mizintsev müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilib.