-
- 2-05-2019, 18:20
- 728
ADDA-da Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfransın AÇILIŞI OLUB
Mayın 2-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Su nəqliyyatının problemləri” 14-cü Beynəlxalq elmi-texniki konfransının açılış mərasimi keçirilib.
Akademiyanın rektoru Heydər Əsədov konfrans iştirakçılarını salamlayandan sonra dövlət himni səslənib.
News24.az xəbər verir ki, sonra çıxış edən rektor xarici qonaqların iştirakını xüsusi qeyd edərək bildirib ki, onların gəlişi həmişə olduğu kimi bu dəfə də konfransın əhəmiyyətini daha da artıracaq. Heydər Əsədov XIV Beynəlxalq elmi-texniki konfransın ənənəvi olaraq Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edildiyini vurğulayıb. Bildirib ki, bu, dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürüdür.
Rektor konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, Heydər Əliyevin istər ölkəmizin dəniz nəqliyyatının, istərsə də Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Məhz bu dahi şəxsiyyətin sayəsində Azərbaycan gəmiçiliyi qorunub saxlanıb və ildən-ilə inkişaf etdirilib.
Azərbaycanda ilk dəfə hakimiyyətə gələndən sonra Xəzərdə yükdaşımalarda baş verən canlanmadan danışan H. Əsədov onu da qeyd edib ki, məhz Ulu Öndərin təkidi ilə o vaxtlar bir çox yeni tanker və quru yük gəmilərinin tikintisinə başlandı və 80-ci illərin ortalarında bu su nəqliyyat vasitələri Azərbaycana gətirildi. 1995-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının üzvü seçildi.
Heydər Əliyev çox gözəl başa düşürdü ki, dünya sularında üzmək üçün dənizçilərimizə beynəlxalq səviyyədə tanınan diplom lazımdır. Həmin dövrə qədər ölkəmizdə yüksək ixtisaslı dənizçi yetişdirən təhsil ocağı yox idi. Ulu Öndərin tövsiyəsindən sonra 1996-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Hazırda Akademiyanın verdiyi diplomların dünyanın 170-dən çox ölkəsində tanındığını vurğulayan H. Əsədov bunun Ümummilli Liderimizin uzaqgörən siyasətinin bəhrəsi olduğunu söyləyib.
Sonra Akademiyanın rektoru konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, elmi-texniki konfransa ümumilikdə 116 məruzə, o cümlədən 6 xarici ölkədən (Türkiyə, Rusiya, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Gürcüstan) 42 alimin məruzələri təqdim edilib. Ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində çap edilməsi nəzərdə tutulur.
Çıxışının sonunda Heydər Əsədov bildirib ki, Ümummilli Liderimizin bu möhtəşəm işini hazırda möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Məhz onun rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə çevrilib, ulu öndər Heydər Əliyevin arzuladığı kimi dünyanın aparıcı dövlətləri arasında özünə layiqli yer tutur.
Konfransda çıxış edən Batumi Naviqasiya Tədris Universitetinin rektoru Parmen Xvedelidze, İstanbul Texniki Universitetinin professoru Muhsin Kadıoğlu, Kamçatka Dövlət Texniki Universitetinin kafedra müdiri, dosent Andrey Kostenko, “Bolqarıstan-Qazaxıstan Təhsil Forumu”nun direktoru, professor Nikolay Buyukliyev dəvətə görə təşəkkürlərini bildiriblər. Onlar belə beynəlxalq konfransların keçirilməsinin su nəqliyyatının problemlərinin öyrənilməsi və tədqiqi sahəsində böyük əhəmiyyəti olduğunu qeyd ediblər. Ümidvar olduqlarını bildiriblər ki, burada dinlənən məruzələr gələcəkdə bu sahədə qarşıya çıxa biləcək problemlərin həllinə öz töhfəsini verəcək.
Sonra Akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru dosent Vüqar Sadıqov çıxış edərək elmi-texniki konfransın məqsədindən danışıb. Qeyd edib ki, Beynəlxalq elmi-texniki konfrans dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri, gənc tədqiqatçıları və istehsalatda çalışan aparıcı mütəxəssisləri bir araya gətirmək məqsədi daşıyır.
Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirib.