-
- 25-04-2024, 19:22
- 321
Fərda televiziyaları tənqid etdi - “Elə bil yorğanın altında...”
Aktyor Fərda Xudaverdiyev səhər verilişlərindəki qalmaqalları tənqid edib.
News24.az Axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "İncə səhər" proqramında danışıb. Fərda bildirib ki, bu cür mübahisələr tamaşaçıya mənfi enerji ötürür:
"Açırsan efiri ki, qırırlar bir-birini. Səhər saat 10-dur nə olub? Bu hisslərin oyanmasına da zaman lazımdır. Elə bil yorğanın altında hazırlayıblar. Səhər o dava ilə günə başlayan axşama kimi nə olacaq? Dayanın da bir... Elə bil efirdə atışma gedir".