"Birazdan çənəm də qarmona dəyəcək" - FOTO
    • 5-05-2024, 08:00
    • 389

"Birazdan çənəm də qarmona dəyəcək" - FOTO


"Hər kəsə həyat bir cür çatır. Adam var ki, özündən hədsiz razıdır. Adam da var ki, mənim kimi sadədir, insanlığı var. Xalqın pulunu qazanıb yeyirlər, xalqı bəyənmirlər. Qınlarından çıxırlar, qınlarını bəyənmirlər. O zaman getməyin də xalqın toylarına, məclislərində oxumayın da. Pulları yaxşıdır özləri pisdir? Bilmirəm özlərini kimlərdən qoruyurlar, kimdən çəkinirlər? Vallah onları başa düşmürəm. Hərənin bir cür xasiyyəti var. Sonradan görmüş adam tez qudurur. İnsanın gərək zatı, kökü olsun, görüb-götürmüş olsun. O xalqdan soruşmaq lazımdır ki, bunlar sizi bəyənmir, niyə onları toya aparıb çörək verirsiniz?"

News24.az bildirir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.

"55 ildir qarmonun üstündə oxşayıb ağlayıram. Birazdan çənəm də qarmona dəyəcək. Mənə indiyə qədər bir adam heç nə bağışlamayıb. Bütün günü efirlərdə müğənnilərə hədiyyə bağışlayırlar. Onlarda yəqin ki, nəsə var da. Özləri öz işlərini yaxşı bilirlər. Boş-boşuna adam adama heç nə verməz. Gedim1 manat istəsən kimdənsə, deyər ki, yoxumdur. Sənətlə o yerə gəlib çatmaq olmur. Şəxsən mən özümdən danışıram. Qarmonla heç nə etmək olmur. Bunun kommunalı var, toyu var, yası var, yeməyi var, uşaq var, nəvə var. Onları güc-bəla ilə həll edirəm. Onlar efirə çıxan kimi villaları da olur, maşınları da. Görməmişəm, hələ mənə gəlib çatmayıb" deyə Gövhər Rzayeva deyib.

Gövhər xanım bildirib ki, sənətçilərin bir çoxları özündən razıdır.

"Heç vaxt özümdən razı olmamışam. Allahın mənəm-mənəm deyən insanlardan xoşu gəlmir. Mən də adi bir insanam. Xalqın içindən çıxmışam. Səhnədə əməkdar artist Gövhər Rzayeva ola bilərəm, həyatda adi biriyəm. Mənəm-mənəm deyənlərin başına Allah bir qapaz vurur ki, çox özündən razı olma! Mənəm-mənəm dediyi sözlərin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən" deyə sənətkar bildirib.